Rusiyadan ölkəmizə gələn turistlərın sayı 62 faiz artıb

Rusiyalı turistlər tərəfindən Azərbaycanda fəaliyyət göstərən dağ-xizək kurortlarına maraq artıb.

Bu barədə Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın bir neçə şəhərində təşkil olunmuş tədbirlərdə məlumat verilib.

Məlumata görə, ilin ilk 8 ayı ərzində Rusiyadan Azərbaycana səfər edənlərin sayında da artım müşahidə edilib.

Bu ilin yanvar-avqust aylarında Rusiyadan 426 min 177 nəfər Azərbaycana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 62 faiz artım deməkdir.

Əvvəlki məqalə

Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 30 nəfər saxlanılıb

Sonrakı məqalə

Türkiyədən ölkəyə PUA-ya qarşı yeni antidron sistemləri gətirilib –