Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Türkiyə-Azərbaycan işbirliyi regional və beynəlxalq əhəmiyyətə malikdir”

User 07 Oktyabr 2023 - 11:17 (Last updated: 21 May 2025 - 20:15)
1696659664583713124_1200x630

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyəti ilə görüşdə çıxış edən Cevdet Yılmaz iki dost və qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini söyləyib.

Vitse-prezident qeyd edib ki, nümunəvi xarakter daşıyan Türkiyə-Azərbaycan işbirliyi regional və beynəlxalq əhəmiyyətə malikdir. C.Yılmaz vurğulayıb ki, iki ölkənin münasibətləri xalqlarımızın birliyini ifadə edən möhkəm təməl üzərində qurulub və dostluğumuz, qardaşlığımız əbədidir. Türkiyə və Azərbaycan beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləyir.

44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin xalqlarımızın qürur mənbəyi olduğunu nəzərə çatdıran Cevdet Yılmaz Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə təbriklərini çatdırıb. Vitse-prezident hər iki ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğunu və öz mövqelərini möhkəmləndirdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iki ölkənin liderləri – Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasətləri nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu, dövlətçilik maraqlarımızın məharətlə təmin edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycana böyük mənəvi-siyasi dəstək göstərən qardaş Türkiyənin yeni reallıqlar fonunda da ölkəmizin haqlı mövqeyini müdafiə etməsinin dostluq və qardaşlıq örnəyi olduğunu söyləyib.

İki qardaş ölkənin daim bir-birinin yanında olduğunu bildirən YAP Sədrinin müavini “Bu gün iftixarla qeyd edirik ki, sözümüz və əməlimiz birdir. Dəfələrlə sübuta yetirmişik ki, biz birlikdə güclüyük və bundan sonra da möhtəşəm uğurlara imza atmaq əzmindəyik”,- deyə qeyd edib.

Son 20 ildə reallaşdırılmış möhtəşəm layihələr və qazanılmış uğurlar nəticəsində Türkiyənin gücünün kifayət qədər artdığını bildirən YAP Mərkəzi Aparatının rəhbəri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin milli inkişafa hədəflənən bütün planlarının reallaşdırılacağına inamını ifadə edib.

Tahir Budaqov iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini də diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları – YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

 

 

 

Post navigation

Previous: İsrail ordusu döyüşə hazır vəziyyətə gətirlib
Next: “Məhkəmə hakimləri 10 min manat maaş almalıdır” –

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.