Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Çinin dövlət şirkətinin rəhbəri korrupsiyaya görə partiyadan qovulub

User 09 Oktyabr 2023 - 08:51 (Last updated: 21 May 2025 - 20:15)
everbayt

Çin Kommunist Partiyası (ÇKP) partiya komitəsinin keçmiş katibi, “China Everbright Group” holdinqinin (China Everbright Group) idarə heyətinin keçmiş sədri Li Siyaopeni ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə əlaqədar olaraq sıralarından xaric edib.

Azpost.info bildirir ki, bu barədə Çin Kommunist Partiyasının Mərkəzi İntizam Təftiş Komissiyası məlumat yayıb.

Korrupsiyaya qarşı mübarizə üzrə tənzimləyicisinin saytında qeyd edildiyi kimi, Li Siyaopen partiyaya sadiq olmayıb və vicdansız davranıb. O, həmçinin istintaqa mane olub. Li  külli miqdarda maddi sərvətləri mənimsəməkdə ittiham olunur.

“Everbrayt”ın keçmiş rəhbərinin yol verdiyi qanun pozuntuları arasında vəzifə səlahiyyətlərindən sui-istifadə, korporativ nəzarət qaydalarının zəiflədilməsi, öz vəzifəsindən qazanc əldə etmək istəyi, kreditlərdən qanunsuz istifadə də var.

Li Siyaopenin işinə prokurorluqda baxılır. Onun qanunsuz əldə etdiyi əmlak saxlanılması üçün səlahiyyətli dövlət orqanlarına təhvil verilib.

Çin hakimiyyəti 2012-ci ildə Si Cinpinin hakimiyyətə gəlişindən bəri korrupsiyaya qarşı mübarizəni gücləndirib. Son illər genişmiqyaslı kampaniya nəticəsində bir çox məmurlar, o cümlədən yüksək rütbəlilər postlarını itirərək həbsə məhkum ediliblər. Partiya strukturlarında və hökumətdə sui-istifadə hallarının qarşısını almaq üçün 2018-ci ilin martında ÇXR-də Dövlət Nəzarət Komitəsi yaradılıb. O, pozuntularla mübarizə aparmaq üçün səlahiyyətlərini genişləndirib.

“Everbright Group” şirkəti  Çinin dövlət müəssisəsidir. Şirkət 2022-ildə açıqlanmış “Fortune Global”ın 500 yerlik siyahısında 210-cu yerdə qərarlaşıb.

Post navigation

Previous: ABŞ İsrailə əlavə hərbi yardım göndərir
Next: İsrailin xüsusi təyinatlıları səhər tezdən əməliyyata başlayıb

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.