HƏMAS-ın İsrailə hücumundan sonra yaranan gərginliyə görə Almaniya kansleri Olaf Şolts Almaniya xalqından kömək istəyib.
Azpost.info xəbər verir ki, o bu barədə Almaniyanın ARD kanalına açıqlama verib.
“Mən bütün vətəndaşlardan dəstək istəyirəm ki, birlikdə yəhudi vətəndaşlarımızın təhlükəsizliyinə zəmanət verə bilək və biz də onlarla həmrəy olaq” , – Şolts deyib.
Kansler həmçinin Almaniyada antisemitizm çağırışlarının edildiyi Fələstin tərəfdarı nümayişləri də pisləyib: “Biz bunu qəbul edə bilmərik. Hakimiyyət hər hansı pozuntuya ciddi şəkildə mane olacaq”.
Azpost.info
