“Türkiyə hakimiyyəti Fələstin-İsrail münaqişəsinin həlli və girovların azad edilməsi üçün tərəflərlə əlaqələri davam etdirir”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyə-Afrika biznes forumunda deyib.
“Biz münaqişə tərəflərini davamlı sülhün təmin edilməsi üçün düşünməyə və danışıqlara çağırırıq. Münaqişənin həlli və girovların azad edilməsi üçün danışıqları davam etdiririk. Xarici işlər naziri və kəşfiyyat rəhbəri bu prosesdə fəal iştirak edir”, – Ərdoğan bildirib.
Azpost.info
