Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rusiya daha Moldovanı soyuqla şantaj edə bilməyəcək” –

User 17 Oktyabr 2023 - 13:25 (Last updated: 21 May 2025 - 20:15)
maya sandu

Moldovanın qaz təchizatının şaxələndirilməsi istiqamətində addımlar atması Moskvanın Kişinyovu bundan sonra şantaj etməsinin qarşısını alacaq.

Azpost.info bildirir ki, bu barədə Moldova prezidenti Maya Sandu Azadlıq Radiosuna müsahibəsində deyib.

Moldova prezidenti oktyabrın 16-da Praqada verdiyi müsahibədə bildirib ki, Moldovanın qazı birbaşa Rusiyanın Gazprom şirkətindən deyil, açıq bazarlardan alması Moldovaya əvvəllər malik olmadığı müstəqilliyi verəcək: “Biz Rusiyanın Gazprom şirkətindən qaz almırıq. Biz qazı bazardan alırıq. Bu isə o deməkdir ki, Rusiya bizi əvvəllər, bir il əvvəl olduğu kimi şantaj edə bilməyəcək. Onlar əvvəllər Moldova hökumətinin siyasətlərini xoşlamayanda gəlib deyirdilər ki, qaz təchizatını dayandırırlar”.

Moldova təbii qazı əvvəllər Rusiyadan alırdı, lakin 2022-ci ilin oktyabrından Gazprom müqaviləyə zidd olaraq Moldovaya verilən qazın həcmlərini azaldıb. Moldova ötən sentyabrda Gazproma olan borcunun ödənməsi üçün 8.6 milyon dollar təklif edib. Gazprom isə borcun 700 milyon dollardan artıq olduğunu bildirir.

Lakin audit yoxlaması göstərib ki, bəzi borcların müddəti qurtarıb, çünki Gazprom bu barədə ödəniş tələbnamələri göndərməyib. Bundan başqa auditdən məlum olub ki, Gazprom-un 2022-ci ilin oktyabrında təchizatı azaltmaq qərarına görə Moldovaya kompensasiya ödənməlidir.

Gazprom hazırda qazla yalnız Moldovanın separatçı Dnestryanı bölgəsini təchiz edir, amma bu bölgəyə qaz Ukraynadan keçərək gəlir. Hazırda Dnestryanıya qazın verilməsi üçün mövcud olan tranzit müqaviləsinin vaxtı gələn il bitir.

Sandu bunu da qeyd edib ki, Moldova Dnestryanı bölgədən elektrik alır. Bu isə o deməkdir ki, əgər qış aylarında qaz kəsilərsə, əhalinin soyuqda qalmaq təhlükəsi yoxdur: “İndi Moldovanın vəziyyəti bundan əvvəlki iki qış zamanı olduğundan xeyli yaxşıdır. Birincisi, ona görə ki, biz bir qədər qaz ehtiyatı yığmışıq. İkincisi isə bu qış elektrik təchizatımızın olacağına inanırıq”.

Ukrayna, Rumıniya və Qara dənizin əhatəsində olan yoxsul Moldova tez-tez Rusiya ilə Qərbin qarşıdurma meydanına çevrilir. Rusiya 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı müdaxilə edəndən bəri vəziyyət daha da mürəkkəbləşib, belə ki, Rusiya Dnestryanı bölgədə sülhməramlı adı ilə qoşun saxlayır.

Sandu bildirib ki, Moldova Avropanın elektrik bazarlarına birləşdirilib, amma bu xətlər hazırda Ukrayna ərazisindən keçir. Prezidentin sözlərinə görə hazırda Moldovanın Avropa elektrik bazarına Rumıniya vasitəsilə qoşulması üçün yeni xətlər çəkilir: “Rusiya hər dəfə Ukraynanın elektrik xətlərini bombalayanda bizim də problemimiz olur. Odur ki, bizim Avropa ilə birbaşa elektrik bağlantısına ehtiyacımız var”.

Sandunun sözlərinə görə Rumıniyadan elektrik xətlərinin çəkilişi 2025-ci ildə başa çatacaq.

Moldova Rusiyanın Ukraynaya təcavüzündən dərhal sonra Avropa İttifaqı üzvlüyü üçün müraciət edib.

2022-ci ilin iyununda ona üzvlüyə namizəd statusu verilib.

Azpost.info

Post navigation

Previous: HƏMAS-a ianə toplayan 100-dən çox kriptovalyuta hesabı bloklanıb
Next: Xankəndi və yaxın ərazilərdə ekshumasiya işlərinin aparılması planlaşdırılır

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.