Dumanın “Vahid Rusiya”dan olan deputatı Azat Xamayev Çeçenistan rəhbəri Ramzan Kadırov və oğlu Adamı qınadığı çıxışına görə üzr istəyib.
Azpost.info xəbər verir ki, o, qardaş xalqlar arasında münasibətlərə xələl gətirə biləcək emosional bəyanatına görə üzr istəyib.
Qeyd edək ki, Azat Xamayev Tatarıstandan deputat seçilib.
Xamayev vətənpərvərlik tərbiyəsi haqqında qanun layihəsini müzakirə edərkən bildirmişdi ki, Kadırov 15 yaşlı oğlu Adamı “Quran”ı yandırmaqda ittiham olunan məhbus Nikita Juraveli kameraya döydükdən sonra mükafatlandırıb.
“Özümə verdiyim ilk sual: biz hansı hüquqi məkanda yaşayırıq? Rusiyanın subyektinin rəhbəri oğluna birini döydüyünə görə qəhrəman adı verir. Vətənpərvərlik tərbiyəsi qanunlara əməl etməkdən başlamalıdır”, – deputat qeyd etmişdi.
Azpost.info