Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DYP cəriməsini ödəməyən piyadalara xəbərdarlıq edib

User 20 Oktyabr 2023 - 14:25 (Last updated: 21 May 2025 - 20:15)
yollar bağlanacaq

yollar bağlanacaq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qayda pozuntusuna yol verdiyi üçün cərimələnən piyadalara xəbərdarlıq edib.

Bu barədə idarənin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib.

Qeyd olunub ki, Bakıda qayda pozuntusuna yol verdiyi üçün barəsində protokol tərtib olunan əksər piyadalar cərimələri ödəməkdən yayınırlar. Bu səbəblə onların barəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulub: “Qaydaları pozan piyadalar törətdikləri xətalara görə, barələrində protokollar tərtib olunur və bu proses daim diqqətdə saxlanılır. Paytaxt ərazisindəki yol-nəqliyyat hadisələrində piyadavurma hallarının risk zonaları üzrə qiymətləndirərək xidməti məhz piyada təhlükəsizliyinin artırılması məqsədi ilə aparmaqla yanaşı, nəzarət mexanizimlərinin də sərtləşdirilməsi qaçılmazdır. Bu da onu deməyə əsas verir ki, piyada intizamı istənilən səviyyədə deyil. Nəinki son 1-2 ilin, hətta 10 ilin belə statistikası göstərir ki, yol nəqliyyat hadisələrinin əsas yükü piyadavurma hallarıdır. Piyadaların yol infrastrukturundan düzgün istifadə etməməsi ağır faciələrlə yanaşı digər problemlərə də yol açır. Bəzən media resurslarında ictimai müzakirələr aparılarkən piyadalara münasibətdə protokolların az tərtib olunduğu bildirilir. Lakin bu belə deyil, piyadalarla bağlı bir çox preventiv və nəzarət profilaktik tədbirlər keçirilir. Onların gün ərzində qaydaları pozmaması üçün əməkdaşlarımız nizamlayıcı qismində yollarda təhlükəsizliyi ən mürəkkəb ərazilərdə təmin edir. Hazırda Bakı şəhərində piyadalar tərəfindən edilən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb ki, onların cərimələri isə ödənilməyib. Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir”.

Araz Əsgərli cərimələrini ödəməyən piyadaların gələcəkdə problemlərlə üzləşəcəyini də vurğulayıb: “Həmin 17 mindən çox cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Belə ki, həmin şəxslər məsuliyyətsizliyə davam etsələr müxtəlif çətinliklərlə üzləşə bilərlər. Misal üçün ölkədən çıxış yaxud hansısa proses keçirərkən yaranmış öhdəliklərinə əsasən müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. Belə ki, sözügedən pozuntular üzrə cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər. Əvvəla piyada qismində həyatlarını təhlükəyə atmasınlar, ikincisi isə törətdikləri pozuntuya görə tərtib olunan cərimələri ödəsinlər ki, əlavə məsuliyyət formalaşıb problemlər yaranmasın. Cərimələri öyrənmək üçün Daxili İşlər Nazirliyi “my.gov.az”a bütün məlumatları inteqrasiya edib. Dövlət Yol Polisinin tərtib etdiyi cərimələri də həmin sistemdən öyrənmək mümkündür”.

Qurum rəsmisinin sözlərinə görə, cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir:

“İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsə artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əmək haqqı və digər formada bank kartına yönləndirilir”.

Post navigation

Previous: Dumanın deputatı Kadırov və oğlunu tənqid etdiyinə görə üzr istəyib
Next: Gəlinini öldürən 88 yaşlı kişi “Şöhrət” ordenli məşhur dənizçi olub –

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.