“HƏMAS-ın İsrailə hücumunda Netanyahunun da günahı var”- EHUD BARAK

HƏMAS-ın İsrailə hücumunda hazırkı baş nazir Benyamin Netanyahunun da günahı var.

Azpost.info xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Barak bildirib.

“Netanyahu İsrail tarixindəki ən böyük uğursuzluğa görə şəxsi məsuliyyət daşıyır. Hərbi və kəşfiyyat rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq, İsrailin hazırkı hökumət başçısı cəmiyyəti parçalayan və bununla da ölkəni zəiflədən məhkəmə islahatını təşviq etdi. Bu məhkəmə islahatı ölkəni hissələrə bölüb. Müdafiə naziri, Baş Qərargah rəisi, kəşfiyyat rəisləri və hətta Baş Qərargahın keçmiş rəisləri dəfələrlə xəbərdarlıq ediblər ki, Netanyahunun planları İsraili zəiflədir. O, hələ də onu irəliyə doğru aparır”- keçmiş baş nazir deyib.

Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı sualına cavab verən Ehud Barak qeyd edib ki, bir çox başqa ölkələrdə belə bir vəziyyətdə hökumət başçısı istefa verərdi.

Eyni zamanda, keçmiş baş nazir xatırladıb ki, 17 il əvvəl Netanyahu müxalifət lideri olarkən o vaxt baş nazir Ehud Olmert Livanda müharibəyə qarışıb və ona görə çox tənqid edilib: “Netanyahu özü sonra demişdi ki, hər şeyi məhv edən adam onu bərpa edə bilməz. İndi bu, Netanyahunun özünə də aiddir”.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.