Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyada müharibəyə getmək istəməyən miqrantlar vətəndaşlıqdan çıxarılacaq

User 21 Oktyabr 2023 - 19:34 (Last updated: 21 May 2025 - 20:15)
seferberlik rus

Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin Ukraynaya qarşı müharibədə iştirak etmək istəmədikləri halda Rusiya pasportu almış miqrantların vətəndaşlıqdan məhrum edilməsini təklif edib

“Nə qədər ki, xüsusi hərbi əməliyyat davam edir, onları bu əməliyyatda iştiraka cəlb etmək lazımdır. Əgər kimsə Rusiya Federasiyası vətəndaşı olaraq öz hərbi borcunu yerinə yetirməyə hazır deyilsə, belə adamın vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul etmək lazımdır”-deyə o bildirib.

Kremlin əməkçi miqrantları müharibəyə göndərməsi bir il bundan əvvəl məlum olub.

Hüquq müdafiəçisi Valentina Çupik 2022-ci ilin oktyabrında bildirmişdi ki, Moskvadakı Saxarovo miqrasiya mərkəzində miqrantlara müharibədə iştirak üçün kontraktlar imzaladırlar.

2023-cü ilin avqustunda isə Rusiyanın bir sıra regionlarında hüquq-mühafizə işçilərinin reydlər keçirərək Rusiya pasportu almış, amma hərbi uçota dayanmamış kişiləri axtardıqları xəbər verilmişdi.

Bildirilirdi ki, polis belələrini aşkar edən kimi onlara çağırış vərəqəsi təqdim edir və hərbi komissarlığa aparır.

“Rusiya Federasiyası vətəndaşlığı haqqında” qanunun yeni redaksiyasında hərbi xidmətdən yayınmağa görə vətəndaşlıqdan məhrum edilməsinə dair düzəlişi prezident Vladimir Putin aprel ayında imzalayıb.

Vətəndaşlığın ləğvinə əsas verən başqa müddəalar isə şəxsin kütləvi iğtişaşlarda iştirakını, mitinqlər haqqında qanunu dəfələrlə pozmasını, “xarici agent” qanununu yerinə yetirməməsini, fərarilik etməsini, Rusiya ordusunu gözdən salan saxta məlumatları yaymasını nəzərdə tutur.

Sənəddə bu da qeyd olunur ki, Rusiyada doğulmamış şəxslərin vətəndaşlıqdan məhrum edilməsi barədə qərarları daxili işlər orqanları və ya onların regional idarələri qəbul edir.

Qanuna görə vətəndaşlıqdan məhrum edilmiş şəxslər üç ildən tez olmayaraq vətəndaşlığa qəbul üçün təkrar müraciət edə bilərlər.

Rusiya Federasiyası Konstitusiyasına görə Rusiyada doğulmuş şəxslər vətəndaşlıqdan məhrum edilə bilməzlər.

Azpost.info

Post navigation

Previous: Gürcüstanda 28 nəfəri xilas etmiş Rahib Məmmədova abidə qoyulub –
Next: Naxçıvanda toy keçirilən restoranda yanğın oldu –

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.