“Cənubi Qafqazda müharibə başa çatıb, əməkdaşlıq və tərəqqinin vaxtıdır”- ABDULLAHİAN

“Xarici işlər nazirlərinin “3+3” formatında Tehran görüşü Cənubi Qafqazda sülhün bərqərar olması yolunda təməl daşı ola bilər”.

Azpost.info xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda Cənubi Qafqaz üzrə “3+3” formatında keçirilən görüşdə deyib.

“Cənubi Qafqazda müharibə başa çatıb. İndi bu regionda sülh, əməkdaşlıq və tərəqqinin vaxtıdır”, – XİN rəhbəri deyib.

Abdullahian Cənubi Qafqazda qarşıdurmanın dayandırılmasında regiondaxili oyunçuların və qonşuların roluna da toxunub.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.