Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Delimitasiya üçün lazım olan xəritələr yalnız Rusiyadadır” –

User 23 Oktyabr 2023 - 22:19 (Last updated: 21 May 2025 - 20:15)
lavrov

“Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinə başlamağa hazırdır”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda baş tutan Cənubi Qafqaz üzrə “3+3” regional platformasının XİN başçılarının toplantısının yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Lavrov Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı Moskva, Bakı və İrəvan arasında razılaşmanın olduğunu xatırladıb:

“Ermənistan və Azərbaycan delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə razılığa gəlmişdilər. Hansı ki, onların razılığı əsasında həmin komissiyanın tərkibində Rusiya tərəfi də məşvərətçi ölkə kimi iştirak edəcək. Təəssüflər olsun ki, uzun müddətdir ki, bu komissiya toplanmayıb”.

Rusiya XİN başçısı sərhədin delimitasiyası prosesinə Avropa İttifaqı, ABŞ tərəfindən müdaxilə cəhdlərinin olduğunu da söyləyib: “Azərbaycan və Ermənistanın özünə faydalı hesab etdiyi hər hansı təmaslara qarşı deyilik. Lakin bütün ekspertlərə yaxşı məlumdur ki, delimitasiyanı müzakirə edib və razılaşdırmaq üçün lazım olan hər şey, ən əsası da xəritələr, hansı ki, sovetlər dönəmindən qalıb, ancaq Rusiya Federasiyasındadır. Tərəfdaşlarımız bunu anlayır. Biz bundan böyük problem düzəltmirik. Tərəflərin istəkləri varsa Brüssel formatında danışıqları davam etdirsinlər. Lakin biz hər zaman delimitasiya prosesinə başlamaq üçün real kömək etməyə hazırıq”, – deyə Lavrov vurğulayıb. (APA)

Post navigation

Previous: Ermənistan Fransadan GM200 radiolokasiya sistemi alacaq
Next: “Seçkilərə qatılmaq fikrim yoxdur” –

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.