Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib- DTX rəisi

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin “Critical Infrastructure Defence Challenge 2023″ ilə bağlı keçirilən mətbuat konfransında səsləndirilən müraciətində bildirilib.

“Belə ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Bu nəticə, sözügedən reytinq cədvəlində ölkəmizin hal-hazıradək qazandığı ən yüksək mövqedir. Hazırda həmin reytinq cədvəlində Gürcüstan 44-cü, Ermənistan isə 96-cı pillədədir”, – müraciətdə bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.