Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Cənubi Qafqaz ölkələri regional məsələlərin həllində əsas rol oynamalıdır”

User 24 Oktyabr 2023 - 14:26 (Last updated: 21 May 2025 - 20:15)
elcin

“Ötən gün Tehranda keçirilən nazirlərin görüşündə “3+3” formatının iştirakçıları konsensusa gəliblər ki, məhz region ölkələrinin regional problemlərinin həllində əsas rol oynaması lazımdır və bu mənada biz bu strateji əhəmiyyətli regionun gələcəyinin formalaşdırılmasında aidiyyət və iştirak hissimizi gücləndirmək niyyətindəyik”.

“Report” xəbər verir ki, bunu BBC radiosunun canlı efirində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

“Bu mənada ölkələrin kənar oyunçuların regionun işlərinə zərərli xarici müdaxiləsinə qarşı çıxması təbiidir. Regiondankənar oyunçular çox vaxt öz mənfur daxili siyasətlərinə və maraqlarına əsaslanan “reseptləri”ni zorla Cənubi Qafqaz ölkələrinə qəbul etdirməyə çalışırlar”, – o vurğulayıb.

E.Əmirbəyov xatırladıb ki, məsləhətçi regional platformanın yaradılması ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra irəli sürülüb: “Bu təşəbbüsün məqsədi fəal regional əməkdaşlıq üçün mövcud ciddi potensialdan istifadə etməkdir. Söhbət Cənubi Qafqazın üç dövləti ilə onların ən yaxın qonşuları – Türkiyə, Rusiya və İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm və s. kimi perspektivli sahələrdə əməkdaşlıq və praktiki qarşılıqlı fəaliyyətdən gedir”.

Onun sözlərinə görə, Fransa BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və hətta Beynəlxalq Frankofoniya Təşkilatı kimi beynəlxalq qurumlardakı aparıcı rolundan sui-istifadə edir və bu məqam Azərbaycana münasibətdə açıq şəkildə özünü büruzə verir: “Təəssüf ki, Paris qərəzli, birtərəfli və açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini daim irəli sürməklə, öz daxili siyasi gündəminin girovuna çevrilir. Bununla bu ölkə təkcə öz nüfuzuna deyil, həm də Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mümkün vasitəçi kimi reputasiyasına xələl gətirir”.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Fransadan Ermənistana böyük miqdarda silah və texnikanın tədarükünə də münasibət bildirib:

“Fransa qarşıdurma və Cənubi Qafqaz regionunun daha da hərbiləşdirilməsi yolu ilə gedir. Bununla Paris regionla bağlı siyasətinin təhlükəli və kifayət qədər proqnozlaşdırıla bilən nəticələrini tamamilə görməzdən gəlir”, – o əlavə edib.

Post navigation

Previous: Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval 5 dəqiqəyə endiriləcək
Next: “Daha 10 il sanksiyalar altında qalmağa hazırıq”

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin...
Read more about Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı
Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.