“Biz Yaxın Şərqdə baş verən hadisələri təşviş və ürəyimizdə ağrı ilə izləyirik”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin dini qurumların nümayəndələri ilə görüşündə deyib.
“Xristianlar, müsəlmanlar, yəhudilər – dünyanın ən böyük ənənəvi dinlərinin ardıcılları üçün müqəddəs sayılan torpaqdakı faciəvi vəziyyəti hamımız həyacanla və ürəyimizdə ağrı ilə izləyirik”, – Putin bildirib.
O qeyd edib ki, bu torpaq dünyanın ən böyük ənənəvi dinlərinin ardıcılları üçün müqəddəs əhəmiyyətə malikdir.
Putinin sözlərinə görə, günahsız insanlar başqa insanların cinayətlərinə görə cavab verməməlidirlər və terrorizmlə mübarizə kollektiv məsuliyyət prinsipi ilə aparıla bilməz.
Rusiya lideri Yaxın Şərqdə baş verənləri humanitar fəlakət adlandırıb. O eyni zamanda oktyabrın 7-də baş vermiş hücum zamanı yaxınları həlak olan israillilərin ailələrinə və digər ölkə vətəndaşlarına başsağlığı verib.
Azpost.info