Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı baş texnik vəzifəsinə işə qəbul elan edir.

Bu barədə MDU-nun Bakı filialından məlumat verilib.

İş barədə məlumat:

• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz

vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;

• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;

• İstehsalatın texniki hazırlığını təmin etmək və ehtiyac olduğu təqdirdə təmir üçün siyahı tutulmasında iştirak etmək;

• İdman zalı və ərazidə köməkçi binalara təhkim olunmuş texniki heyətin işinə nəzarət etmək;

• İdman zalının və ərazidə köməkçi binaların təmizliyini, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək;

• İdman zalına gələn əməkdaşlar və tələbələr üçün cədvəl, qrafik və başqa texniki sənədləri tərtib etmək;

• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil: Ali (mühəndis, texnik və ya oxşar sahələr üzrə)

• Yaş: 25 – 50

• Dil biliyi: Azərbaycan və rus dili (vacibdir)

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun “mövzu” bölməsində vakant vəzifənin adını qeyd etməklə hr@msu.az ünvanına 2023-cü il noyabrın 15-dək göndərə bilərlər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.