Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan və İtaliya Baş Qərargah rəisləri Bakıda görüşüb

User 31 Oktyabr 2023 - 13:49 (Last updated: 21 May 2025 - 20:15)
6540ca204250e6540ca204250f16987448646540ca204250c6540ca204250d

Oktyabrın 31-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad ediblər.

Sonra Azərbaycan Ordusunun Baş Qərargahında təntənəli qarşılama mərasimi keçirilib.

İki ölkə ordularının Baş Qərargah rəisləri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

General-polkovnik K.Vəliyev italiyalı nümayəndə heyətini salamlayaraq onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan tarixi qələbə və cari ilin sentyabr ayında Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlardan danışan Baş Qərargah rəisi Azərbaycan Ordusunda yeni texnologiyaların tətbiqi və kibertəhlükəsizlik sahəsində görülən işlərin əhəmiyyətini də diqqətə çatdırıb.

Admiral C.K.Draqone, öz növbəsində, göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. O, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa söykənən hərbi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Tərəflər Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Post navigation

Previous: Blinken oğlunu Zelenskinin kostyumunda Ağ Evə gətirdi
Next: Azərbaycan İnsan orqanlarının alverinə qarşı Konvensiyaya qoşulub

Oxşar xəbərlər

ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.