Medvedevin 5 milyonluq yaxtası üzə çıxıb

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin 29 metrlik “GV” yaxtasına sahib olduğu üzə çıxıb.

Azpost.info xəbər verir ki, bu barədə “Verstki”nin araşdırmasında bildirilir.

“Unicorn Holdings Group Inc” offşor şirkətində qeydiyyatdan keçən yaxta 2017-ci ildə İtaliyanın “Monte Carlo Yachts” gəmiqayırma zavodunda inşa edilib.

Yaxta uzun dəniz səyahətləri üçün nəzərdə tutulub və Palau ada dövlətinin bayrağı altında üzür.

Rusiya sularında ilk dəfə iyun ayında aşkar edilən yaxtanın qiyməti 5 milyon dollardır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.