Əli İnsanov Prezidenti təbrik etdi, “Qarabağ Fatehi” adlandırdı –"Uğurlarınızla qürur duyuruq"

Əli İnsanov
Əli İnsanov
Haqq-Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib. 
Azpost.info bildirir ki, Ə.İnsanov müraciətində qeyd edib ki, Prezident İlham Əliyev ölkəmiz üçün tarixi ağır yük olan, yüzilliklərin Qarabağ problemini Azərbaycanın xeyrinə sona çatdırmaqla həllinin mümkünlüyünə ümidini itirmiş xalqımızı böyük sevinc və xoşbəxtliyə qovuşdurub.
“Dünyada çoxsaylı oxşar münaqişələrin həlli ilə onilliklərlə çarpışan böyük güclərə və siyasi liderlərə örnək oldunuz. Sizin edə bildiklərinizin müqabilində Xüsusi Adla tarixə düşməyiniz doğal haqqınızdır. Azərbaycan xalqına isə Sizi Qarabağ Fatehi adlandırmağa haqq qazandırdınız”-deyə Ə.İnsanov vurğulayıb.
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra dağılmış Almaniyanı kansler Konrad Adenauer necə yenidən qurub-yaradaraq qısa illər ərzində Avropanın ən güclü iqtisadiyyatına çevirdiyi kimi, İlham Əliyev də Böyük Qayıdış Proqramını uğurla həyata keçirməklə Azərbaycanı firəvan və ən güclü dövlətlərdən birinə çevirəcəyi şübhəsiz reallıqdır.
“Möhtərəm Cənab Prezident! Siz, Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrini yazırsınız. Böyük uğurlarınızla fəxr edir və qürur duyuruq!”-deyə Əli İnsanov bildirib.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.