Rusiya “Eurovision”a əvəz tapıb- Sovet mahnı festivalı keçiriləcək

Rusiyada “Eurovision”u əvəz edəcək “İntervision” sovet musiqi müsabiqəsi bərpa olunacaq.

Azpost.info xəbər verir ki, bunu mədəniyyət naziri Olqa Lyubimova bildirib.

Birinci Kanalın baş direktoru Konstantin Ernst müsabiqənin təfərrüatları barədə danışıb. Onun sözlərinə görə, heç bir siyasi məhdudiyyət və təsir olmayacaq: “Bu, bütün ölkələrin öz populyar musiqi nümunələrini təqdim edə biləcəyi pulsuz platformadır”.

O, BRİKS ölkələrinin tədbirə öz ifaçılarını göndərəcəyinə ümid etdiyini bildirib: “Birinci kanal “Eurovision” mahnı müsabiqəsində iştirak etməkdə böyük təcrübəyə malikdir. Amma son illər ərzində təəssüf ki, azad musiqi yarışmasına həddən artıq siyasi təsirlər olub”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.