Qəza törədərək hadisə yerindən yayınan sürücü məsuliyyətə cəlb edilib- DYP

yollar bağlanacaq
yollar bağlanacaq

Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü Dövlət Yol Polisi tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib ki, Bakı-Şamaxı avtomobil yolunda “VAZ 21214” markalı, 90-OR-122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün qəza törədərək hadisə yerindən yayınması barədə vətəndaş R.Alıyev tərəfindən Baş DYP İdarəsinə müraciət daxil olub.

Vətəndaşın müraciəti əsasında Baş DYP İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və sürücünün T.Təhməzov olduğu müəyyənləşdirilib və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.