Putin sabah BRİKS-in sammitində iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin sabah BRİKS-in Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə həsr olunmuş  növbədənkənar onlayn sammitində iştirak edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Fələstin-İsrail münaqişəsini müzakirə etmək üçün BRİKS-in fövqəladə sammitində videokonfrans vasitəsilə iştirak edəcək”, – Kremlin mətbuat xidmətindən bildirilib.

Sammitə təkcə Braziliya, Rusiya, Hindistan və Çinin deyil, həm də assosiasiyanın yeni üzvləri – Səudiyyə Ərəbistanı, Argentina, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri də dəvət olunub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.