Ukrayna gələn il raket sistemlərinə 5 milyard dollar xərcləyəcək

Ukrayna gələn il raket sistemlərinə təxminən 5 milyard dollar xərcləməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Yuri Djiqir bildirib.

Onun sözlərinə görə, bu, ölkənin növbəti il üçün müdafiə büdcəsinin əsas prioritetidir.

Həmçinin, o qeyd edib ki, hərbi texnikaya təxminən 2,2 milyard dollar xərclənməsi planlaşdırılır: “Müdafiə Nazirliyinin növbəti prioritet vəzifəsi zədələnmiş hərbi texnikanın təmiri və ona ehtiyat hissələrinin alınmasıdır”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.