Mərkəzi Asiyanın strateji əhəmiyyəti ildən-ilə artır- Qırğızıstan Prezidenti

Mərkəzi Asiya regionunun strateji əhəmiyyəti qlobal dünya üçün ildən-ilə artır.

Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

“Bu proqram regionumuzun iqtisadi cəhətdən gücləndirilməsinə, imkanlarımızın artmasına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşmasına yardım edib.

Biz qonşu ölkələrlə əməkdaşlığın daha da şaxələnməsində geniş imkanlar görürük. Tranzit xətlərinin genişlənməsi bizim üçün prioritetlərdəndir”, – o bildirib.

Qırğızıstan Prezidenti çıxışında iqlim dəyişikliyi məsələsinə də toxunub. O vurğulayıb ki, iqlim dəyişikliyi ölkənin su ehtiyatlarını, enerji resurslarını təhdid edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.