Həbsdən çıxan Əbülfəz Elçibəy dustaq yoldaşı ilə toyda –1976-cı il/"FOTOXRONİKA"

Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş, professor Ədalət Tahirzadə bir müddət əvvəl maraqlı foto paylaşıb.

Azpost.info bildirir ki, fotoda həbsdən yeni çıxmış Əbülfəz Elçibəy dostları ilə toy mərasimində əks edilib.

A.Tahirzadənin bildirib ki, foto 1976-cı ildə Seyran adlı şəxsin toyunda çəkilib.

Elçibəyin sağ tərəfində qohumu, tanınmış şərşünas alim Aydın Qasımov durub. Solda isə Elçibəyin həbsxana yoldaşı Muxtar dayanıb.

Aydın Qasımovun yanında duran isə həmin dustaq yoldaşının bacısı əridir.

SSRİ zamanında Universitetdə dərs deyən şərqşünas  alim Əbülfəz Elçibəy siyasi fəaliyyərinə görə təqib olunub və DTK tərəfindən həbs edilib. 1973-76-cı illərdə həbsdə yatıb.

1992-93-cü illərdə Azərbaycan prezidenti olub. Polkovnik Sürət Hüseynovun Gəncədə qaldırdığı hərbi qiyam nəticəsində devrilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.