Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qızılcaya qarşı bütün resurslarımız səfərbər edilib –

User 30 Noyabr 2023 - 18:21 (Last updated: 21 May 2025 - 20:15)
qizilca

Qızılcaya yoluxmuş və ya iki doza vaksin qəbul etmiş şəxslərin yenidən peyvənd olunması tövsiyə edilmir.

Bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva mətbuata açıqlamasında deyib.

O bildirib ki, vaksinasiya əhalinin bütün yaş qrupları üçün tövsiyə edilir:

“Tibbi olaraq yetkin şəxslər üçün vaksinasiyaya əks göstəriş yoxdur. Əgər kimsə uşaqlıq dövründə vaksin alıbsa, yenidən peyvənd olunmağına ehtiyac yoxdur”.

Nəzrin Mustafayeva qeyd edib ki, qızılca xəstəliyi virus mənşəlidir və əsasən, uşaqlıq dövrü xəstəliklərinə aiddir:

“Bu xəstəlik üçün spesifik müalicə üsulu mövcud deyil. Xəstələr adətən evdə izolyasiya olunaraq sağalırlar. Qızılcaya qarşı yeganə effektiv yol peyvənddir ki, bu da milli peyvənd təqviminə daxil edilib”.

O bildirib ki, tək-tək də olsa qızılcaya yoluxmuş şəxslər arasında ağırlaşmalar müşahidə edilir:

“Bu ağırlaşmalar bütün hallarda peyvənddən kənarda qalmış şəxslərdir. Bu şəxslər üçün bütün şərait və resurslar mövcuddur. Bakı, Sumqayıt şəhərində və regionlarda yoluxucu xəstəxanalar, çarpayılar mövcuddur. Bütün resurslarımız səfərbər edilib. Bütün səhiyyə qurumları hazırda xəstəliyə qarşı mübarizədə sıx əməkdaşlıq etməkdədirlər”.

Post navigation

Previous: İsrail İspaniyadakı səfirini geri çağırıb
Next: “İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırıq”

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun...
Read more about Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.