Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək

User 04 Dekabr 2023 - 22:17 (Last updated: 21 May 2025 - 20:15)
vergi

Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək.

Bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi orqanının vergi ödəyicisinin milli və xarici valyutada cari və digər hesablarında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamı vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və ya bu zaman borc məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı vergi ödəyicisinin müraciəti əsasında bu məlumatı vergi orqanına elektron qaydada təqdim edəcək. Vergi orqanı təqdim olunan məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların 1 iş günü müddətində qaytarılmasını təmin edəcək.

Vergi orqanının vergi ödəyicisinin eyni kredit və elektron pul təşkilatında olan bir neçə hesablarına verilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində qaytarılmasını təmin edəcək. (APA)

 

Post navigation

Previous: Ermənistanın xarici ticarət dövriyyəsinin artmasına səbəb nədir?
Next: Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
Azərbaycan Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirib. Bunu Azərbaycan Prezidentinin köməkçisi...
Read more about “Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev
2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq? ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.