Rusiyada beynəlxalq ödənişlərdə dollar və avrodan istifadə 87 faizdən 24 faizə düşüb

“Qərb ölkələri Rusiyaya dollar və avrodan istifadəni qadağan etməklə öz ayaqlarına sıxdılar”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Putin qeyd edib ki, milli valyutadan istifadə Rusiyanın imkanlarını və suverenliyini artırır.

“Öz ayaqlarına sıxdılar. Bu bizim üçün pisdir, ya yox? Həqiqətən də yox. Rusiyada beynəlxalq ödənişlərdə dollar və avrodan istifadə 87 faizdən 24 faizə qədər azalıb, bu, bizim suverenliyimizi və imkanlarımızı artırır”, – Putin bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.