“Planeti xilas etmək üçün karbon qazını azaltmaq vacibdir. Lakin neft və qaz “iblis” kimi təqdim edilməməlidir”.
Azpost.info “Röyter”ə istinadən bildirir ki, bu sözləri amerikalı ixtiraçı və milyarder İlon Mask şənbə günü Romada İtaliyanın baş naziri Corciya Melonun siyasi partiyasının iclasında çıxış edərkən deyib.
Maskın sözlərinə görə, iİqlim dəyişikliyi ilə bağlı narahatlıq qısa müddətdə həddən artıq çoxalıb. Onun fikrincə, ekoloji hərəkat həddindən artıq irəli gedib, bunun insanların gələcəyə inamını itirməsinə səbəb ola biləcəyini söyləyib.
Mask özünü ətraf mühitin müdafiəçisi saydığını bildirib. O qeyd edib ki, uzunmüddətli perspektivdə sənayenin yanacaqlarını yandıraraq atmosferə buraxdığı milyardlarla ton karbonu azaltması vacibdir.
Mask daha sonra əlavə edib: “Biz orta müddətli perspektivdə neft və qazı iblis kimi göstərməməliyik”.
Bu həftənin əvvəlində COP28 iqlim sammitinin iştirakçıları qlobal yanacaq istehlakını azaltmağa başlamaq barədə razılığa gəliblər. Bu da neft dövrünün başa çatması deməkdir.
Azpost.info