Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi növbəti sanksiyalar paketinə qoşulmaqdan imtina edib.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistam Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Onun sözlərinə görə, İrəvan Aİ Şurasının məhdudlaşdırıcı tədbirlər haqqında son qərarını dəstəkləməyib: “Ermənistan Aİ Şurasının məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarına qoşulmayacaq”.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 12-ci paketini qəbul edib. Yeni paket xüsusilə, almaz sənayesi müəssisələrinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Aİ Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalına məhdudiyyətlər qoyub.
Azpost.info