Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Avropaya nüvə bombası atmağa çağıran rus politoloqun Venesiyada ikimərtəbəli evi aşkarlanıb

User 20 Dekabr 2023 - 15:46 (Last updated: 21 May 2025 - 20:15)
Sergey_Karaganov_in_Venice1

Avropaya nüvə bombası atmağı təklif edən Kremlə yaxın politoloq Sergey Karaqanov Venesiyada ikimərtəbəli evin sahibi imiş.

Azpost.info xəbər verir ki, mənzil Kastello turizm zonasında yerləşir və Karaqanovla həyat yoldaşı Yekaterinanın adınadır.

Avropaya nüvə bombası atmağı təklif etməsindən sonra Avropa İttifaqı ona qarşı şəxsi sanksiyalar tətbiq edib. Lakin bu, Kreml politoloqunun Venesiya daşınmaz əmlakının icarəyə verilməsindən gəlir əldə etməsinə mane olmur. Mənzilin yanında Karaqanovun adı yazılmış lövhə, qapı zənglərində isə qeydiyyat nömrəsi var ki, bu da əmlakın turistlərə icarəyə verildiyini göstərir.

Karaqanov Rusiya prezidenti Vladimir Putinin xarici ekspertlərlə görüşdüyü “Valday” klubunun yaradıcılarından biridir. O, Qərb ölkələrində itirilmiş özünüqoruma hissini bərpa etmək üçün nüvə ritorikasının artırılmasını təklif edib. Dediyinə görə, Putin artıq bu istiqamətdə ilk addımları atıb, lakin bu kifayət deyil.

“Rusiya nüvə zərbəsi ilə hədələməkdə davam etməlidir. Əgər Qərb geri çəkilməsə, onda ağlını itirmiş insanları özünə gətirmək üçün bir sıra ölkələrdə bir qrup hədəfi vurmalı olacağıq”, – Karaqanov deyib.

Azpost.info

Post navigation

Previous: Rüşvətlə saxta tibbi sənəd verən psixiatr həbs edildi
Next: AQTA bayram günlərində saxta spirtli içkilərlə bağlı vətəndaşları diqqətli olmağa çağırıb

Oxşar xəbərlər

tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07

xƏBƏR

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Milli Məclisin deputatı Aqil Abbas Ağdam və digər işğaldan azad edilmiş ərazilərdə yeni tikilən evlərin bölgüsü zamanı...
Read more about “Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu uno
  • Maraqlı

ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu

User 30 Oktyabr 2026 - 12:40
Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.