“Türk Hava Yolları”na məxsus təyyarə Bakıya təcili eniş edib

“Türk Hava Yolları” aviaşirkətinə məxsus İstanbul-Lahor reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Beynəlxalq Aeroportdan bildirilib ki, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 13:21-da Bakıdan İstanbula qalxıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.