“Kiyev Rusiyanın şəhəridir”- MEDVEDEV

“Kiyev, Odessa, Xarkov, Dnepropetrovsk və Nikolayev müvəqqəti olaraq işğal olunmuş Rusiya şəhərləridir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Onların hamısı hələ ki kağız xəritələrdə və elektron planşetlərdə sarı və mavi rənglərlə qeyd olunub”, – o vurğulayıb.

Eyni zamanda Medvedev Ukrayna ilə sülh danışıqlarını istisna etməyib: “Danışıqlar təbii ki, mümkündür. Rusiya Ukrayna hakimiyyətlərindən fərqli olaraq onları heç vaxt rədd etməyib”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.