Şimali Koreya Cənubi Koreyanın adalarına doğru 200 mərmi atıb

Şimali Koreyanın sahil artilleriyası Cənubi Koreyanın Sarı dənizdə yerləşən adalarına doğru 200-dən çox mərmi atıb.

Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, cənubi koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur.

Cənubi Koreyanın nəzarətində olan Yeonpyonqdo adasının hakimiyyət orqanları “Şimali Koreyanın hərbi təxribatının aşkar əlamətləri fonunda” sakinlərin təxliyə edildiyini açıqlayıb.

 

Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi təxribatı ehtimalı ilə əlaqədar sərhəd zonada yerləşən Yonpyonq adasının sakinlərinın dərhal sığınacaqlara təxliyə edilməsinə qərar verib.

“Yonhap” agentliyi  xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, təcili təxliyəyə Müdafiə Nazirliyinin istəyi ilə yerli vaxtla günorta 12:02-də qərar verilib. “Biz təxliyə barədə qərarı hərbi hissədən Şimali Koreyanın təxribatı ilə əlaqədar Yonpyonq adasına dənizdən zərbələr endiriləcəyi barədə məlumat aldıqdan sonra verdik”- deyən səlahiyyətli şəxs “Yonhap” agentliyinə bildirib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi KXDR hərbçilərinin yanvarın 5-də səhər saat 9:00-dan 11:00-dək özünün qərb sahilindəki Canqsan və Deunqsan burnundan 200-dək artilleriya atəşi açması barədə məlumat yayıb. Həmin ərazi Cənubi Koreyanın Benyon və Yonpyonq adaları ilə üzbəüz yerləşir. Mərmilər iki ölkə arasında faktiki dəniz sərhədi olan şimal sərhəd xəttinin şimalındakı bufer zonasına düşüb. Bufer zona sərhəddəki gərginliyi azaltmaq üçün 2018-ci ildə imzalanmış hərbi müqaviləyə əsasən yaradılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.