“Qərbdən dəstək olmasa, onlar sadəcə öləcəklər…”- ZELENSKİ

“Qərb maliyyə yardımı göstərməsə, Ukrayna hökuməti ölkənin 11 milyon sakininə pensiya ödəyə bilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Öz pulumuzla çox şey alırıq, amma maliyyə olmayanda… Təqaüdçülərə pensiya verməyə bilmirik. Təqaüd olmasa, qocalar sadəcə öləcək. 11 milyondan çox pensiyaçımız var. Avropada başqa belə ölkə varmı?” – Zelenski deyib.

Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko daha əvvəl bildirmişdi ki, Qərbdən maliyyə dəstəyi olmasa, Kiyev 500 min dövlət qulluqçusunun və 1,4 milyon müəllimin maaşının, həmçinin 10 milyon pensiyaçının pensiyasının ödənilməsini gecikdirməli olacaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.