“Kreml Rusiya şirkətləri və şəxslərin türk banklarında üzləşdiyi problemlərdən xəbərdardır və bu mövzuda Ankara ilə əlaqə saxlayır”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, çətinliklər ABŞ-ın Türkiyəyə təzyiqi ilə bağlıdır.
“Türkiyə banklarında rus müştəriləri üçün çətinliklərdən xəbərdarıq. Biz türkiyəli tərəfdaşlarımız və həmkarlarımızla fəal dialoq vəziyyətindəyik, bu problemləri müzakirə edirik”, – Peskov deyib.
Azpost.info