Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Qarabağı tələb edəcəyiksə, sülh mümkün olmayacaq” –

User 07 Fevral 2024 - 22:01 (Last updated: 21 May 2025 - 20:15)
pasinyan fon ilham

“Ermənistanın Müstəqillik haqqında Bəyannaməsində preambulasında Qarabağın birləşdirilməsi əsas istiqamət kimi qoyulub. Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, onda biz hansı sülhdən danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 7-də parlamendin iclasında çıxışı zamanı bildirib.

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsində qeyd olunun siyasi hədəflərin qeyri-müəyyən olduğunu deyib.

“Həmin Bəyannamədə 3 əsas istiqamət göstərilib – Erməni xalqının arzuları, tarixi ədalət və Dağlıq Qarabağ məsələsi. Bəs bu tarixi ədalət nə deməkdir?  Bunun müxtəlif izahları ola bilər, problem də bundadır. Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər”.

Paşinyan deyib ki, ermənilər tarixi ədalət arzusunu dövlətimizin əsasına qoyub, amma tarixi ədalətin nə olduğunu formalaşdırmayıb: “Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-da, Rusiyada, İranda, İsraildə yaşayır, orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?”

“Biz müstəqilliyimizin ilk illərindən başlayaraq hadisələrin sonrakı inkişafı ilə bitən faciəvi şəraitə görə indi əlimizdə olan nəhəng məlumatları emal etməli və dərk etməliyik. Mən bu barədə 2020, 2021, 2022-ci illərdə danışmışam. Məqsəd odur ki, dövlətimizin məzmununda mövcud olan daxili ziddiyyətləri, fikir ayrılıqlarını müəyyən etməli, bunun nə demək olduğunu başa düşməliyik”-deyə baş nazir vurğulayıb.

“Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı sülhdən danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil. Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”, – Paşinyan bildirib.

Azpost.info

 

Post navigation

Previous: Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi
Next: Heydər Əliyev Mərkəzinin qarşısında Prezidentə dəstək konserti keçirilir

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.