“NATO ilə müharibə olsa nüvə silahını atacağıq” –Medvedyev hədələdi

“Rusiya və NATO-nun hərbi potensialı müqayisəedilməzdir.  Əgər genişmiqyaslı münaqişə başlasa  o zaman döyüş  səngərlərdə olmayacaq, nüvə silahından istifadə olunacaq”.

Azpost.info bildirir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da bildirib.

O əlavə edib ki, Rusiyanın “sadəcə seçimi olmayacaq”.

“Bütün Avropa liderləri öz vətəndaşlarına həyasızcasına yalan danışırlar. Allah eləməsin, belə bir müharibə baş versə, “xüsusi hərbi əməliyyat”  ssenarisi ilə getməyəcək. Artilleriya, zirehli texnika, PUA-lar və elektron döyüş texnikasından istifadə olunacaq. NATO nəhəng hərbi blokdur. Alyans ölkələrinin əhalisi demək olar ki, 1 milyard nəfərdir və onların ümumi hərbi büdcəsi bir trilyon yarım dollara çata bilər”, – Medvedev xatırladıb.

“Xüsusi döyüş başlıqları olan ballistik və qanadlı raketlərdən istifadə olunacaq. Bu, həmin o bədnam Apokalipsisdir. Hər şeyin sonu”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.

“Rusiya dəfələrlə NATO və Aİ ölkələri ilə münaqişə planlarının olmamasından danışsa da, bu mövzuda son dərəcə təhlükəli boşboğazlıq davam edir”, – Medvedev qeyd edib.  Onun sözlərinə görə, son vaxtlar bir çox qərb siyasətçiləri Rusiya ilə münaqişəyə hazır olduqlarını bəyan ediblər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.