Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Ona dedim, Volodya, sən nə edirsən?”

User 09 Fevral 2024 - 13:22 (Last updated: 21 May 2025 - 20:15)
putin zelenski

Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində ondan soruşub ki, atası İkinci Dünya Müharibəsi zamanı faşistlərlə vuruşduğu halda niyə “neonasistləri” dəstəkləyir.

Azpost.info bildirir ki, Rusiya prezidenti bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

“Onun atası İkinci Dünya Müharibəsi zamanı nasistlərə qarşı vuruşub. Bir dəfə onunla bu haqda danışmışdım. Dedim: “Volodya, sən nə edirsən? Atanız faşizmlə vuruşduğu halda, niyə bu gün Ukraynada neonasistləri dəstəkləyirsiniz?” Onun nə cavab verdiyini sizə deməyəcəyəm. Bu, ayrıca mövzudur və hesab edirəm ki, mənim bunu etməyim düzgün deyil”, – Putin bildirib.

Rusiya prezidenti bu barədə Zelenskinin münaqişənin həlli ilə bağlı Moskva ilə danışıqlar aparmaqda müstəqil olub-olmaması sualına cavab verərkən deyib.

Putinin sözlərinə görə, belə bir azadlıq var, “ən azı əvvəllər belə idi”.

“O, Ukraynanı sülhə aparacağına dair gözləntiləri əsasında hakimiyyətə gəlib. Bu barədə danışırdı. Məhz bunun sayəsində o, böyük səs çoxluğu ilə seçkilərdə qalib gəldi.  O, özünü dövlət başçısı hesab edir. Seçkidə qalib gəlib. Baxmayaraq ki, biz  Kiyevdəki 2014-cü il dövlət çevrilişini ondan sonra baş verən hər şey üçün əsas güc mənbəyi olduğuna inanırıq. Və bu mənada bu gün də hökumət mükəmməl deyil.”, – Rusiya prezidenti qeyd edib.

Putinin sözlərinə görə, hakimiyyətə gəldikdən sonra Zelenski başa düşdü ki, neonasistlər və millətçilər aqressiv və çox fəal  olduqları üçün onlarla münaqişəyə girmək olmaz. Bundan əlavə, Qərb Rusiya ilə qarşıdurmada onları dəstəkləyir. “Bu sərfəli və təhlükəsizdir. O, öz xalqına Ukraynada müharibəni dayandıracağını vəd etməsinə baxmayaraq, hazırkı mövqeni tutdu. O, seçicilərini aldadıb”, – prezident əlavə edib.

Post navigation

Previous: Prezident HHQ-nin bazasına getdi, “Akıncı” PUA-larının uçuşunu izlədi
Next: Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.