Seçki ilə bağlı MSK-ya yalnız bir şikayət daxil olub

Seçki prosesi marafonunda Mərkəzi Seçki Komissiyasına (MSK) yalnız bir şikayət daxil olub.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.

“MSK daxil olan müraciətlərə kifayət qədər həssas yanaşıb. “Qaynar xətt”ə 700-ə yaxın zəng daxil olub. Bunlardan 670-ə yaxını seçici siyahısı ilə bağlı olub. Hüquqi sənədlərlə bağlı 130 müraciət daxil olub və bu da aydınlaşdırma xarakteri daşıyıb”, – deyə o əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.