ABŞ-ın Moskvadakı səfiri Lin Treysi ABŞ-ın Rusiyanın daxili işlərinə qarışmaması ilə bağlı yalan danışmağı və Amerika təşkilatlarının ölkədə həyata keçirdiyi təxribatçı fəaliyyətləri ört-basdır etməyi dayandırmalıdır.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“O, ABŞ-ın ölkəmizin ərazisində təxribat fəaliyyəti ilə məşğul olan QHT-lərə necə və nə dərəcədə sponsorluq etdiyi barədə danışmadı”, – Zaxarova Treysinin ABŞ və rus xalqı arasında humanitar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi ilə bağlı sözlərini şərh edərkən deyib.
Azpost.info