Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Xankəndidə qondarma “parlament” və işğal dövründəki qanunsuz tikililər sökülür

Orkhan Ali 05 Mart 2024 - 16:29 (Last updated: 21 May 2025 - 20:15)
65e70fc8422b465e70fc8422b61709641664766c2b812590987323acbdf8b7a02051

Xankəndi şəhərində işğal dövründə inşa edilmiş qanunsuz tikililər sökülür.

Belə qanunsuz tikililər arasında qondarma qurumun “parlament” adlanan binası və “Arsaxı azad etmiş döyüşçülər” ittifaqının binası (Ermənistan Respublikasının Könüllülər İttifaqı da (“YERKRAP”) adlanır) da var.

Xankəndidə qanunsuz tikililərin sökülməsi Ermənistanda yersiz səs-küyə səbəb olub. Ermənilər bu binaların, eləcə də digər qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə çalışır, guya erməni irsinin silinməsi kimi təqdim etməyə cəhd göstərirlər.

Lakin bu iddiaların hamısı əsassızdır.

Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb.

Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub.

Qondarma qurumun “parlament” binasına və “YERKRAP”-ın binasına gəldikdə, hər iki bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının hazırlandığı və icra edildiyi məkan hesab olunur.

Qondarma “Arsax parlamenti”nin binasının açılışı separatçı rejimin elan edilməsinin 16-cı ildönümü günü 2007-ci il sentyabrın 2-də olub. Mərasimdə Ermənistan parlamentinin spikeri Tiqran Torosyan da iştirak edib.

Binanın tikintisi zamanı külli miqdarda yeyintiyə yol verildiyinə dair mətbuatda faktlar dərc olunub. Qondarma “parlamentin” iclaslarında səslənən rəqəmlərə görə, binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, lakin bu vəsait kifayət etməyib, ona görə də 2007-ci ildə əlavə olaraq 985 min ABŞ dolları ayrılıb. Bununla belə, binanın tikintisinin yekunlaşması üçün adları çəkilməyən sponsorlardan da əlavə vəsaitlər alınıb.

“Parlament” binası Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı, qərarların qəbul olunduğu terrorçu yuvası kimi fəaliyyət göstərib.

“Arsaxı azad etmiş döyüşçülər” ittifaqının binası (Ermənistan Respublikasının Könüllülər İttifaqı (YERKRAP)) isə üçmərtəbəli olub, bina yuxarıdan baxdıqda xaç işarəsini xatırladıb.

Xankəndi şəhərinin mərkəzi meydanda tikilmiş binanın açılışı 2013-cü il mayın 9-da baş tutub. Açılışda Ermənistan prezidenti Serj Saqsyan və qondarma rejimin rəhbəri Bako Saakyan iştirak edib.

Binanın açılışı mayın 9-na Şuşa şəhərinin işğalının növbəti ildönümü gününə təyin olunub (Şuşa 1992-ci il mayın 8-də işğal olunsa da, ermənilər həmin günü 9 mayda qeyd edirdilər). Açılış bu münasibətlə Xankəndidə təşkil olunmuş “bayram tədbirləri” çərçivəsində baş verib.

Bina separatçı rejimin “müdafiə nazirliyi”nin dəstəyi və erməni diasporunun ən varlı nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada ölmüş Levon Ayrapetyanın xeyriyyə fondu, işğal olunmuş ərazilərə külli miqdarda “investisiya” qoymuş VALLEX-qrup və Moskva, Stavropol şəhərlərindəki erməni diasporunun nümayəndələrinin sponsorluğu ilə tikilib.

Məlumdur ki, “YERKRAP” terrorçulardan ibarət dəstə kimi fəaliyyət göstərib, münaqişə dövründə minlərlə azərbaycanlının qətlə yetirilməsində birbaşa iştirak edib.

Təyinatından da aydın olduğu kimi, erməni faşizminin, erməni işğalının simvoluna çevrilmiş bu qanunsuz tikililərinin sökülməsində qeyri-adi nəsə axtarmaq ancaq axmaq adamların ağlına gələ bilər.

Bununla yanaşı, qeyd olunduğu kimi, işğal dövründə Xankəndidə Baş plandan kənar qanunsuz tikililər inşa olunub. Qanunsuz tikililərin isə Azərbaycanın istənilən yerində qarşısı alınır.

Xatırlatmaq yerinə düşər ki, işğal zamanı xunta rejimi Şuşada da “parlament binası” inşa etməyə başlamışdı. Lakin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi binanın inşasını yarımçıq, ermənilərin arzusunu gözündə qoydu.

Prezident, Ali Baş komandan İlham Əliyev Şuşa işğaldan azad olunandan sonra oradakı çıxışında bildirmişdi ki, işğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar: “Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı. Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”.

Sonradan həmin bina da söküldü, çünki qanunsuz inşa olunurdu. Yerində isə hotel binası tikilərək, istifadəyə verilib.

Bütün bunlar onu göstərir ki, ermənilər, Ermənistan başqasının torpağından gözünü çəkməli, ərazi iddialarından birdəfəlik vaz keçməlidir. Azərbaycanın öz ərazisində hansı qərarı verib, hansı addımı atması onun öz işidir. Ermənilər isə yersiz iddiaları ilə özlərini yalnız gülünc vəziyyətə salırlar(apa).

 

Post navigation

Previous: Son 2 ildə 41 yerli şirkət Rusiyadan Qazaxıstana köçüb
Next: Ötən il Azərbaycanda neçə nəfər qızılcaya yoluxub?

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb. “novinite.com”un xəbərinə görə, “Xoriv” (Khoryv) adlı gəmi...
Read more about Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.