Natəvanın Fransadakı abidəsinə qarşı vandalizm –- Heykəl Parisə gətirilib /FOTO

Xurşidbanu Natəvanın Fransanın Evian-lö Bən şəhərindəki heykəli Parisə gətirilib.

Heykəl martın 4-də Evian şəhərindən götürülüb, bu gün Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb.

Heykəlin Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.

Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı – heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib – onun özünə də zərər verilib. Belə ki, heykəlin burnuna və barmaqlarına zərər yetirilib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.