Harri Kasparov Rusiyada terrorçu və ekstremist elan edildi

Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov “Rosfinmonitorinq”in terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Azpost.info xəbər verir ki, “Rosfinmonitorinq”in siyahısına əsasən, Harri Kimoviç Kasparov 13 aprel 1963-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub.

Daha əvvəl Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin Kasparova qarşı cinayət işinin başlanması xahişi ilə Rusiya Baş Prokurorluğuna müraciət etmişdi. Onun sözlərinə görə, qrossmeyster mühacirətdə olan rusiyalı iş adamı Mixail Xodorkovskinin silahdaşıdır. Borodin Kasparovun əsl soydının Vaynşteyn olduğunu da bildirib. İctimai fəal onu Rusiyaya xəyanətdə ittiham edib və əmlakının müsadirə olunmasını istəyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.