Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Bakıda XI Qlobal Bakı Forumu keçirilir –

User 14 Mart 2024 - 10:16 (Last updated: 21 May 2025 - 20:15)
ilham forum01

Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.

Dövlət başçısı tədbirdə iştirak edir.

X X X

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.

 

Post navigation

Previous: “Avropa ölkələri Ukraynaya ABŞ qədər pul ayırmalıdır” –
Next: Qarabağdakı Rusiya sülhməramlıları seçkidə səs verib

Oxşar xəbərlər

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05

xƏBƏR

puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
Çində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünə hazırlıq başlayıb. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə...
Read more about Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Yadplanetlilər həqiqətən varmı? uno yad planet
  • Maraqlı

Yadplanetlilər həqiqətən varmı?

User 25 Oktyabr 2026 - 15:00
Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə mahni oxumaq
  • Maraqlı

Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə

User 25 Oktyabr 2026 - 14:40
Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin! Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər Kart
  • Maraqlı

Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər

User 25 Oktyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.