Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Putin təhlükəsizlik qüvvələrinin uğursuzluğundan şoka düşüb, istefalar olacaq”

Orkhan Ali 27 Mart 2024 - 15:18 (Last updated: 21 May 2025 - 20:15)
sbM4YyAndZVFSpo1Xg08CqaJMCbOdA6P

Rusiya prezidenti Vladimir Putin “Krokus Siti Holl”da baş verən terror aktına cavab olaraq yüksək səviyyəli təhlükəsizlik məmurlarını vəzifəsindən azad etməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, “Bloomberg” Rusiya hakimiyyətinə yaxın mənbələrə istinadən yazır ki, kadr dəyişikliyi Rusiya xüsusi xidmət orqanlarının rəhbərliyinə təsir göstərə bilər.

Mənbələrin fikrincə, bəzi məmurlar ABŞ-dan gözlənilən hücumla bağlı gələn xəbərdarlıqlara adekvat reaksiya verə bilmədiklərinə görə postlarını itirə bilərlər.

FTX rəhbəri Aleksandr Bortnikov, daxili işlər naziri Vladimir Kolokoltsev və Rusiya qvardiyasının direktoru Viktor Zolotov yəqin ki, Putinin “qara siyahısına” düşüblər. Kremlin yaydığı videodan görünür ki, bu şəxslər martın 25-də baş vermiş terror aktı ilə bağlı prezidentlə görüşdə iştirak ediblər. Lakin onların adları Kremlin saytında yayılan məlumatda iştirak edənlər siyahısına daxil edilməyib və çıxışları (əgər varsa) tədbirin 40 dəqiqəyə yaxın çəkilişindən kəsilib.

“Bloomberg”in mənbələrinə görə, Kreml trilyonlarla federal maliyyələşdirməyə və vətəndaşlara casusluq səlahiyyətlərinin görünməmiş şəkildə genişlənməsinə baxmayaraq, son iyirmi ilin ən qanlı terror aktının qarşısını ala bilməyən Rusiya təhlükəsizlik qüvvələrinin uğursuzluğundan şoka düşüb.

Mənbələr bildiriblər ki, əməkdaşları terror aktı zamanı insanlara köməyə gəlməyən Pavşino polis idarəsi birbaşa “Krokus”un binasında yerləşir. “Üstəlik, biz Daxili İşlər Nazirliyinin kiçik bir məntəqəsindən deyil, öz “pasportstol”una, silah otağına malik olan, tam heyətlə təchiz edilmiş və bütün ərazini patrul edən böyük bir idarədən danışırıq. Bu ayıbdır. Əgər bu polislər ölüm təhlükəsi ilə üzləşmiş insanların köməyinə gəlsəydi, təbii ki, onları xilas edərdilər. Amma polis əməkdaşları sadəcə qorxdular”, – mənbə deyib.

Rusiya Qvardiyasının xüsusi təyinatlı konsert salonuna terrorçuların hücumundan bir saat sonra gəlib. Üstəlik, silahsız insanlara hücum təxminən 20 dəqiqə davam edib, bundan sonra təcavüzkarlar maşına minərək oradan uzaqlaşıblar.

Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciətində təhlükəsizlik qüvvələrinin uğursuzluğunu etiraf etməkdən imtina edib.

Azpost.info

Post navigation

Previous: “Terror Putinin tədricən ölkəyə nəzarəti itirdiyini göstərir” –
Next: “Crocus”da terrorda ölənlərin sayı 140-a çatıb

Oxşar xəbərlər

tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.