Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Zakir Həsənov müşavirə keçirib

Orkhan Ali 30 Mart 2024 - 11:33 (Last updated: 21 May 2025 - 20:15)
zakir emeliay

Martın 30-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Nazirlikdən verilən xəbərə görə, nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, nazirliyin baş idarə və idarə rəisləri, eləcə də hərbi hissə komandirlərinin bilavasitə və videobağlantı vasitəsilə iştirak etdiyi müşavirədə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin martın 18-də Xankəndi şəhərində Novruz bayramı münasibətilə xalqımızı təbrik edərkən İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Ordumuzun döyüş qabiliyyəti ilə bağlı səsləndirdiyi fikirlərin Azərbaycan Ordusuna verilən yüksək dəyərin göstəricisi olduğunu qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqi ilə real döyüş şəraitinə uyğun keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Müdafiə naziri şəxsi heyətin sağlamlığının qorunmasının daim diqqət mərkəzində saxlanılması, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin aprel ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların planlı şəkildə yola salınması ilə bağlı müvafiq göstərişlər verib.

Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlərin davam etdirildiyi qeyd olunub. Bunun bariz nümunəsi olaraq dövlətimizin başçısının 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsinin hərbi qulluqçularda böyük ruh yüksəkliyi yaratdığı xüsusi vurğulanıb.

Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarının şəxsi heyətə mütəmadi olaraq çatdırılması və bu qaydalara onlar tərəfindən əməl olunmasına ciddi nəzarət edilməsinin, eləcə də silah, döyüş və xüsusi texnikanın istismarı zamanı iqlim şəraitinin xüsusiyyətlərinə diqqət yetirilməsinin vacibliyi qeyd olunub.

Müdafiə naziri qoşun xidməti və ideoloji işin yüksək səviyyədə təşkilinə, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, həmçinin mühəndis və tibbi təminat üzrə həyata keçirilən zəruri tədbirlərə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Sonda general-polkovnik Z.Həsənov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım və maarifləndirici tədbirlərin keçirilməsi barədə göstərişlər verib.

Post navigation

Previous: Elnur Məmmədov Moskvada rusiyalı həmkarı ilə görüşüb
Next: “Rusiya qalib gələrsə, bütün Avropa təhdid altında olacaq”

Oxşar xəbərlər

ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.