“Ukraynada xüsusi əməliyyat başlayandan bəri geosiyasi reallıq dəyişib. Beynəlxalq ictimaiyyət dörd yeni regionun Rusiyanın tərkibinə keçməsi faktını gözardı edə bilməz”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin ölkələr 1991-ci il sərhədlərinə qayıdanda Kiyevin Moskva ilə danışıqlara hazır olması barədə sözlərini belə şərh edib.
“Xüsusi hərbi əməliyyat başlayandan bəri geosiyasi reallıq kəskin şəkildə dəyişdi. Həm Ukraynanın, həm də Rusiyanın sərhədləri dəyişdi. Bizim dörd yeni regionumuz var və bunu nəzərə almamaq olmaz. Bu, əlbəttə ki, hər kəsin hesablaşmalı olacağı yeni reallıqdır”, – Peskov deyib.
Azpost.info