“Rusiya ilə münasibətlərin pozulması Ermənistana ciddi problemlər gətirəcək”- Manukyan

Moskva ilə münasibətlərin pozulması İrəvana iqtisadiyyat və təhlükəsizlik sahəsində ciddi problemlər gətirəcək.

Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifyönlü deputatı Areqnaz Manukyan bildirib.

O, Ermənistanın xarici siyasət istiqamətlərinin dəyişdirilməsinin əleyhinə olduğunu deyib.

“Ermənistan geosiyasi oyunlarda alver predmetinə çevrilməməlidir. Strateji müttəfiqimiz Rusiya ilə münasibətləri pozmaq kursu Ermənistana həm siyasi, həm də iqtisadi baxımdan zərər verəcək”, – Manukyan qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.