Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Göz sağlamlığını qorumaq üçün vasitələr və qidalar hansıdır? –

User 06 İyul 2025 - 23:04 (Last updated: 06 İyul 2025 - 17:20)
gozler

Deyirlər insanın kədərli və ya xoşbəxt olduğunu anlamaq üçün gözlərinə baxmaq kifayətdir. Biz gözümüzün vasitəsilə deyil, onların köməyi ilə görürük. Gözlə görülən təsvir beyin vasitəsilə görməyə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri cərrah-oftalmoloq Aygün Nəbiyeva söyləyib.

Gözlərimizi təbiətdən verilən ən böyük bəxşişlərdən biri hesab edən həkim deyib: “Göz orqan olaraq sağlam olur, amma beynin görmə mərkəzi zədəli olduqda gözdə görmə olmaya bilər. Bəzən travmalar, onkoloji xəstəliklər, nəticəsində görmə tam itə bilər. “Toyuq korluğu” deyilən xəstəlik zamanı hətta ömürlük bəlli bir dozada A vitamini qəbul etməyi məsləhət görürük.

Təəssüf ki, son vaxtlar qadjetlər çox yayılıb və uşaqlar ondan həddindən çox istifadə edirlər. Bunun nəticəsi olaraq uşaqlarda göz quruluğu, zəif görmələr yaranır, miopiya xəstəliyi isə çox geniş yayılır”.

Aygün Nəbiyeva qeyd edib ki, gözlərin sağlamlığı üçün balanslı və vitaminli qidalanmaq lazımdır. A, E, D vitamini gözə lazım olan vitamin qruplarıdır. Badam, badam südü gözün qidalanması üçün çox faydalıdır. Balıq ətinin tərkibində olan “Omeqa-3” gözün arxa qişasında olan görmə mərkəzinin qidalanması üçün çox vacib elementdir. Sitrus meyvələrinin tərkibində olan C vitamini, kahı növləri, qaragilə, yerkökü, şirin kartof, balqabaq, qovun, ərik, ispanaq, qırmızı bolqar bibəri qəbul etmək lazımdır.

“Göz sağlamlığını qorumaq üçün maye-makiyaj materiallara da xüsusilə diqqətlə yanaşmaq tələb olunur. Əgər gözdə hər hansı bir infeksiya olubsa, o zaman layner və göz qələmindən istifadə etmək olmaz. Makiyajlı halda yatanda gözlərdə konyunktivit və iltihablanma əmələ gəlir. Ona görə yatmazdan qabaq mütləq onu təmizləmək lazımdır. Kompüterə baxanda fikrimiz monitorda olduğuna görə göz qırpmalarının sayı azalır, göz kifayət qədər yağlanmır və nəmlənmir. Xüsusilə ofis işçiləri bunu tətbiq etməlidirlər: 20 dəqiqədən bir 20 saniyə 20 metr uzaqlığa baxmaq tövsiyə olunur. Hər dəfə göz qapağı yumulub açıldıqca gözün ön təbəqəsi rahatlanır”, – deyə cərrah-oftalmoloq bildirib.

O vurğulayıb ki, görmə problemi olanlarda kontakt linzaların istifadəsi zamanı çox diqqətli davranmaq tələb edilir.

AzPost.az

Post navigation

Previous: Uzun iş saatları yüksək təzyiqi artıra bilər
Next: Bəşəriyyət üçün ən təhlükəli on xəstəlik hansılardır? –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.